Bakıda oğurluqla məşğul oloan gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Goqolodze Merlakoviç, Geduadze Giorgeviç, Eristavi Meraboviç və Kereselidze Nudaroviç tutulublar.
Mütəşəkkil dəstənin üzvləri yanvarın 11-də Mərdan Qənbərovun və Əlif Orucovun cibindən pul oğurlamaqda şübhəli bilinirlər. G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək götürülüb.
Hacı Zeynalov