Azərbaycanda İranın molla rejimini təbliğ edən sayt redaktoru barəsində həbs qərarı çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, məhkəmənin qərarı ilə molla rejimini təbliğ edən, dini xəbərlər yayan "Maide.az" saytının redaktoru Qədir Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, o, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.