24 Sentyabr 2023 23:26
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Füzuli rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər