Ağdaş rayonunda silah alverçisi həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fəqan Nəsirov “Makarov” markalı tapançaya aid 35 ədəd patronu satarkən tutulub.
Hacı Zeynalov