Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən yanğınla bağlı açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 14-də saat 12 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Teymur Bağırovun yaşadığı 2 mərtəbəli 7 otaqlı evdə yanğın baş verib.
Nəticədə 100 kvm. sahədə ev əşyaları yanmış, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdiriliblər.
Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov