Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Təklə kənd sakini Laçın Əmralıyevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.