13 Oktyabr 2023 15:56
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahid Aydın Axundov ifadə verib.

O bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə şikayət edib:

"Mən Fərid Teymurov barədə şikayət etmişəm. Şikayət edəndə prosesdə Elnur Şükürovla bağlı da məsələ ortaya çıxıb. Həmin vaxt Elnur Şükürovla olan səs yazılarımı təqdim etdim. Mən Elnurla telefonla danışanda makler Salman səsimizi yazırdı. Əvəz Zeynallını isə tanımıram. Mən Əvəzi ilk dəfə burda görmüşəm. Elnur Şükürovun pul verməmişəm. Mən 5 metr aralıda dayanmışam. Salman gəldi dedi ki, pulu Elnur Şükürova vermişəm".

Növbəti proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər