Bakının Xətai rayonunda axtarışda olan dələduz həbs edilib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Kənan Quliyev həbs edilib. O, Bakı şəhər sakini Natiq Pənahovun etimadından sui-istifadə edərək onun 90 min manatını alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov