16 Yanvar 2015 21:13
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb.

Yanğınla nəticələnən partlayış zamanı sexin yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: