18 Yanvar 2015 15:38
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada ilin ən kütləvi davalarından biri yaşanıb. Hadisəyə səbəb əlbəyaxa döyüş fanatlarının dələduzluğu olub.

Teleqraf.com-un məlumatına görə. təxminən 200 maskalı şəxs sərnişin qatarına hücum ediblər. Onlar yarışı izləməyə gələn azerkeşləri zorla davaya, təxribata çəkiblər.

Hadisə Qdansk-Jabyanka stansiyası ərazisində baş verib. Naməlum adamlar vaqonlardan birində stop-kranı çəkiblər və qatarı dayandırıblar. Bundan sonra dələduzlar qatarı daşlayıblar, zorla vaqonlara soxulublar və kütləvi davanı təşkil ediblər. Cinayətkarlar, həmçinin, qatardan bir neçə insanı çəkib çıxartmağa çalışıblar. Ancaq onlar buna müvəffəq ola bilməyiblər.

Dava nəticəsində, ilkin məlumatlara görə, 10 insan zərər çəkib. Onlardan bir neçəsi kəllə-beyin travmaları alıb. Yaralıları yerli xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırmaya başlayıblar.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər