Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 18-də qeydə alınıb. Sumqayıt şəhər sakini Nəsibə Ramazanova mənzilində dəm qazından boğularaq ölüb.
Həmin gün Gəncə şəhər sakini Kəmalə Salahova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov