19 Yanvar 2015 14:53
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ötən il baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə 2014-cü il dekabr ayının 30-da Xaçmaz rayonunun Hacıəlibəy kəndində baş verib. Kənd sakini Şahin Vəliməmmədovun və Quba rayon sakini Bahadur Xudaverdiyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş B.Xudaverdiyev yanvarın 17-də orada ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: