28 Noyabr 2023 17:27
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanına təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

İstintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin həbs edilməsinin zəruri olduğunu bildiriblər.

Müdafiə tərəfi ittihamı qəbul etməyib.

Hakimin qərarı ilə Əziz Orucovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 27-də Səbail Rayon Polis İdarəsi Əziz Orucovun evində axtarış aparıb.

Onun barəsində Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər