1 Dekabr 2023 14:17
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamovanın barəsində həbs qətmkan tədbirin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat verilib.

Teleqraf.com xəbər verir ki, təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmə Nərgiz Absalamovanın barəsində 3 ay müddətinə həbs qətmkan tədbiri seçib.
Nərgiz Absalamovanın barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər