İmişli rayonunda silahlı insident baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Xubyarlı kəndində qeydə alınıb. Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.İsrafilov orada ölüb.
İmişli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov