21 Yanvar 2015 14:00
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda evdən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə yanvarın 20-nə keçən gecə Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb. Kənd sakini Dursun Aslanovanın evindən pəncərədən girmək yolu ilə 2000 manatı oğurlanıb.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tovuz rayon sakini Ramil İsgəndərov tutulub.

Hacı Zeynalov


Müəllif: