21 Yanvar 2015 16:00
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində özünü hüquq müdafiəçisi kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Rasim Əlizadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı yanvarın 26-na təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rasim Əlizadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər