Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Natiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı ləğv edilib və o, məhkəmə zalından həbs edilib.
Natiq Tağıyev paytaxtda bir qrup şəxsin etibarından sui-istifadə edərək onların pullarını mənimsəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov