Jurnalist Elnarə Qasımovanın barəsində həbs qətimkan tədbirini seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Elnarə Qasımovanın barəsində 2 at 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub.