23 Yanvar 2015 14:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklə tutulan şəxsin çoxsaylı cinayətləri üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayı Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.İsdamov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər