23 Yanvar 2015 15:12
573

Bakının Nizami rayonunda avtomobillərdən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 20-də Bakı şəhər sakini Elşən Quliyevə məxsus “Fiat” markalı avtomobildən 1 ədəd noutbuk oğurlanıb. 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakini Orxan Quluzadə tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 13-də Elşən İbrahimova qarşı dələduzluq etməsi, habelə yanvar ayının 10-dan 18-dək olan müddətdə Bakı şəhər sakinləri Ülkər Məmmədovaya məxsus “Kia” markalı və Xəyal Mədətova məxsus “Lada-Priora” markalı avtomobillərdən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: