23 Yanvar 2015 17:25
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt sakininə qarşı quldurluq edən Yədulla Seyfullayev və Əlövsət Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Yədulla Seyfullayev 8 il, Əlövsət Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri, 21-ci mikrorayonda Sumqayıt sakinləri Əlövsət Bayramov və Yədulla Seyfullayev həmyerliləri Elşən Quliyevə boğaz nahiyəsindən kəsici alətlə xəsarət yetirərərk pul verməsini tələb ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər