24 Yanvar 2015 10:20
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Bərdə rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Xəsili kəndində qeydə alınıb.

Kənd ərazisində yaşayan və Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İnqilab Hüseynovun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Cinayətin kimin tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: