25 Yanvar 2015 02:43
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 24-də axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

Gəncə şəhər sakini, 65 yaşlı Rza Teymur oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Samuxun İstixana qəsəbə sakini, 28 yaşlı Bayram Rafiq oğlu Qasımovu vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır


Müəllif: