20 Fevral 14:17
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin olunub.

Fazil Qasımovun həbsdə saxlama müddətini daha 3 aya qədər uzadıb.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub.


Müəllif: Hacı Zeynalov