26 Yanvar 2015 10:56
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə polis əməkdaşını döyən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Şəki şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Şəki sakini Akif Zamanov və yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşı, polis serjantı Famil Səmədova ağır bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Vüsal Baqiyev, Fuad Babayev və Natiq Rəhimov tutulublar. Onlar əvvəllər məhkumluq həyatı yaşayıblar.

Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Famil İxtiyar oğlu Səmədov sağ qaş üstü nahiyəsinin cırılmış yarası, burunun və xayanın əziyi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, Famil Səmədov Şəki şəhəri ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Famil Səmədova ilkin tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.

Hacı Zeynalov


Müəllif: