26 Yanvar 2015 14:03
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində Azərbaycan Gəncləri Günü ilə bağlı geniş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir məhkumların asudə vaxtlarının səmərəli təşkili, idmana maraqlarının artırılması və sağlam həyat tərzinin aşılanması məqsədi ilə keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, Penitensiar xidmətin məsul əməkdaşları, sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında olimpiya, avropa və dünya çempionları və tanınmış incəsənət ustaları iştirak ediblər.

Qonaqlar tərbiyə olunanlar qarşıısında çıxış edərək, onlara verilən sualları ətraflı cavablandırıblar. Müğənnilər Mübariz Həşimov, Əhməd Mustafayev və Aysel Əlizadə maraqlı konsert proqramı təqdim ediblər. Tədbirin sonunda qonaqlar tərəfindən gətirilən hədiyyələr yeniyetmələrə təqdim olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər