Gəncə şəhərində qadınları fahişəliyə cəlb edən keçmiş məhkum tutulub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədov tutulub. Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov