26 Yanvar 2015 19:06
4 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə keçən müşavirədə Konvoy taborunun və Penitensiar xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin hesabat dövrü ilə bağlı məruzəsi və taborun məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov müşavirəyə yekun vuraraq nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla 2014-cü il ərzində Konvoy taborunun fəaliyyətinin qənaətbəxş olduğunu qeyd edib, vəzifələrin lazımi səviyyədə həyata keçirilməsi, xidməti intizamın möhkəmləndirilməsi, nizamnamə tələblərinə ciddi əməl olunmasına dair tapşırıq və tövsiyyələrini verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər