27 Yanvar 2015 17:26
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə adağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Etibar Seyran oğlu Bədələvun və qardaşı, Cəlilabad rayon sakini Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilib.

Keçirilən baxış zamanı E.Bədələvun hər iki corabında gizlədilmiş 5,584 qram olan narkotik vasitə hesab olunan tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, T.Əlizadənin hər iki corabında gizlədilmiş 1 ədəd “Nokia”, 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Etibar Bədəlov Cinayət Məcəlləsinin 221.1,29; 120.2.2 və 66.3 maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər