28 Yanvar 2015 12:51
370

Ağcabədi şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakinləri Cahangir Cəfərovun və Abdulla Məhərrəmovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və A.Məhərrəmovun 4 sərnişini, habelə S.Cəfərovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, A.Məhərrəmov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: