28 Yanvar 2015 13:52
464

Tərtər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Tovuz şəhər sakini Telman Nağıyev idarə etdiyi “Avia A-31” markalı avtomobillə kənd sakini Nəsib Cəlilovu vurub. N.Cəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: