9 Aprel 08:56
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub.

Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir


Müəllif: Teleqraf.com