Azərbaycanda N saylı hərbi-hissənin bölük komandiri həbs edilib.
Teleqraf.com xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.
Ağamali Pənahovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci ( rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.