4 İyun 20:17
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində 2019-2023-cü illər arasında 4 uşağa cinsi təcavüz edən su satıcısı Metin Şenay haqqında hökm elan edilib.

Teleqraf.com yerli medialara istinadən xəbər verir ki, qərara əsasən təqsirləndirilən Metin Şenay 293 il 6 ay həbs cəzasına məhkum edilib. Həmçinin məhkəmə ona 1 milyon 687 lirə dəyərində cərimə kəsib.

Məlumatda qeyd edilib ki, 2023-cü ildə İstanbulun Bağcılar rayonunda 11 yaşlı M.Y evə gec gəldiyi üçün valideynləri polisə üz tutublar. Polis araşdırmaları nəticəsində M.Y-nin dərsdən sonra ağ rəngli mikroavtobusa mindiyini müəyyən edilib. Mikroavtobusun su satıcısı Metin Şenaya məxsus olduğunu aydınlaşıb.

Evinə və iş yerinə eyni vaxtda basqın edilən M.Şenay qaçmaq istəyərkən tutulub. Metin Şenayın iş yerində axtarışlar zamanı səs izolyasiyası edilmiş otaq aşkar edilib.

Araşdırmalar nəticəsində Şenayın səs keçirməyən otaqda 4 uşağa cinsi təcavüz etdiyi müəyyən edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər