21 İyun 16:19
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb
Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər