25 İyun 20:37
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Goranboy rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.


Müəllif: Teleqraf.com