27 İyun 01:37
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə təcavüz olunduğunu deyən qadının hadisə zamanı 20-30 saniyə donub qalmasını "təcavüzə razılıq" kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar İtaliya məhkəməsi tərəfindən verilib.

Aviaşirkətlərdən birinin 40 yaşlı əməkdaşı cinsi zorakılığa məruz qaldığı zaman 20-30 saniyə donub qaldığını deyib: “Qorxdum. İflic oldum”. Məhkəmə bu səbəbdən cinsi zorakılıq etməkdə təqsirləndirilən şəxsə bəraət verib.

Zərərçəkmiş şəxsin vəkili deyib ki, qərarın verilməsi İtaliyanın seksual zorakılıq qanununda olan boşluqdan qaynaqlanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər