28 İyun 08:49
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Holokostu (yəhudi soyqırımını) inkar edən 95 yaşlı Ursula Haverbekə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Ursula Haverbek ictimaiyyəti qızışdırdığı üçün 1 il 4 ay həbs cəzasına məhkum edilib.

Alman mətbuatında yer alan xəbərə görə, radikal sağçı kimi tanınan Haverbek məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib.

Hamburq Regional Məhkəməsi COVID-19 epidemiyası zamanı ictimaiyyəti etimadsızlığa təhrik etdiyi üçün qadını 1 il 4 ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Urusla Haverbek 2015-ci ildə Auşvitsin işgəncə düşərgəsini əmək düşərgəsi adlandırdığına görə həbs olunmuşdu.


Müəllif: Arzu

Oxşar xəbərlər