Ali Məhkəmə Adnan Oktar və təşkilat üzvləri ilə bağlı verilən hökmləri qüvvədə saxlayıb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, məhkəmə Adnan Oktara verilən 8658 il həbs cəzasını dəyişməyib. .
Oktar qruplaşmasının üzvləri cinsi zorakılıq, qəsdən adam öldürməyə cəhd, işgəncə, təhsil hüququnu əngəlləmə, azadlıqdan məhrum etmə, şəxsi məlumatların icazəsiz qeydə alınması kimi müxtəlif cinayətlərə görə cəzalandırılıb.
İstanbul polisinin 2018-ci ildə keçirdiyi əməliyyat nəticəsində Oktar və onun 235 tərəfdaşı saxlanılıb.
Xalq arasında "Harun Yəhya" və "Adnan Hoca" təxəllüsü ilə tanınan Oktarın izləyiciləri sosial mediada həbslərə görə "İngiltərə dərin dövləti"ni günahlandırıblar.