19 İyul 10:49
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SOCAR-AQŞ” MMC-nin 16 milyon mənimsəmədə ittiham olunan sabiq baş direktoru Ramin İsayevin məhkəməsi başlayır.

Teleqraf.com xəbər verir ki, istintaqı tamamlanan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qəniyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin olunub.

Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat müəyyən edilib.

Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.

R. İsayevin Harvard Universitetinin məzunu olduğu bildirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər