Rusiya ordusunun general-mayoru İvan Popov və iş adamı Sergey Moyiseyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin açıqlama verib.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, Popov və Moyiseyev hazırda cinayət işinin materialları ilə tanış olurlar.
Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandiri mayın sonunda xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinərək həbs edilib.
İstintaqın məlumatına görə, o, Zaporojye istiqamətində müdafiə xətlərinin çəkilməsi üçün lazım olan 2 min ton metal satıb. Zərər 100 milyon rubl təşkil edə bilər.