26 İyul 21:39
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R.Yusibov saxlanılaraq istintaqa təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər