Kiprdə saxlanılan Artur Petrov ABŞ-a ekstradisiya edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya və Almaniya vətəndaşlığı olan Petrov 2023-cü il avqustun 26-da ABŞ-ın tələbi ilə saxlanılıb. Müstəntiqlərin fikrincə, Artur Petrov Rusiya ordusu üçün mikroelektronika avadanlıqlarının alınmasında iştirak edib.
O, sonradan bu mikroelektronikanı Rusiya ordusu üçün silah istehsalçısına verib. Beləliklə, o, ixrac məhdudiyyətlərini pozmaqda şübhəli bilinib.