5 Sentyabr 22:58
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın prokurorluğu keçmiş kinoprodüser Harvi Vaynşteynə qarşı ittihamları ləğv edərək cinayət işinə xitam verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "News 3" telekanalı məlumat yayıb.

Bildirilir ki, bu işdə sübutların araşdırılması nəticəsində Kral Prokurorluğu Harvi Vaynşteynin cinayət işini dayandırmaq qərarına gəlib.

Ölkə prokurorluğu bunu “məhkumluğun real perspektivinin” olmaması ilə əsaslandırıb.

Harvi Vaynşteyn 1996-cı ildə Londonda baş verdiyi iddia edilən təcavüzlə bağlı ittiham olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər