Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabrın 19-da Z.Bünyadov prospektində yerləşən kafedə Elçin Məmmədov 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaqlayıb. Hadisə zamanı hər iki şəxs sərxoş olub.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elçin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Elçin Məmmədova məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov