“Moskva” ticarət mərkəzində qızıl şöbəsindən oğurluq edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cari il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edənlər müəyyən edilib. Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.
Hacı Zeynalov