4 Mart 2015 04:57
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlarda biri Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1300 kv.m olan istehsal sexinin anbarında baş verib. Nəticədə anbarın yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Balakən şəhərində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 260 kv.m olan gözəllik salonunda yanğın olub. Nəticədə salonun 1 otağının tavanı 2 kv.m sahədə yanıb. Salonun qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: