4 Mart 2015 10:55
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Babək Həsənov və Afiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, keçən il iyulun 4-də bir neçə şəxs avtomobillə Mingəçevir şəhər sakini Qəhrəman Orucovun idarə etdiyi “VAZ 2106”nın qarşısını kəsib.

Onlar Qəhrəman Orucova hədə-qorxu gələrək onun pulunu alıblar. Cinayəti tərədənlər Babək Həsənov və Afiq Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Onlardan oyuncaq tapança götürülüb. İstintaq dövründə onların seksual xarakterli cinayətləri də üzə çıxıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.4, 142.2.5, 145.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə), 180.2.1, 180.2.2, 180.2.4-cü (soyğunçuluq), 182.2.1, 182.2.2 və 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Həsənov və Afiq Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayət üzrə qərar elan olunub. Qərara görə, onların şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər