6 Mart 2015 16:30
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1965-ci il təvəllüdlü Yeganə Mehdiyeva və 1979-cu il təvəllüdlü Vüsal Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Yeganə Mehdiyeva 8 il, Vüsal Paşayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2013-cü il noyabr ayında Yeganə Mehdiyeva bir nəfəri aldadaraq onun 130 min manatını alıb. Bu işdə Vüsal Paşayev vasitəçilik edib. Y. Mehdiyeva isə verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib və Yeganə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 178 -ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, axtarışa verilib.

Xətai rayon Polis İdarəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində Yeganə Mehdiyeva tutulub. Barəsində aparılan ibtidai istintaq zamanı elədiyi əməllərdə Vüsal Paşayevin vasitəçiliyi olduğu məlum olub. V. Paşayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər